Putin beynəlxalq telefon danışığı aparacaq

Dünya

14.03.2025 15:22

2618

Rusiya prezidenti Vladimir Putin martın 14-də beynəlxalq telefon danışığı aparacaq.   

TodayPress "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib. 

"Biz həmçinin bu günün ikinci yarısında beynəlxalq telefon danışığının baş tutacağını gözləyirik" Kreml sözçüsü bildirib. 

Qeyd edək ki, martın 13-də ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkofun təyyarəsi Moskvaya gəlib. Axşam prezident Vladimir Putinlə Vitkof arasında bağlı qapılar arxasında danışıqlar aparılıb və Rusiya lideri onun vasitəsilə Trampa məlumat göndərib. 

Peskovun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında danışıq vaxtı hələ razılaşdırılmayıb, Vitkofun ABŞ liderinə məruzəsindən sonra müəyyənləşəcək. 

Töhfə Səməd

tag: Putin,Rusiya,Vitkof,Telefon,Danışıq,Todaypress.az,