Putin çətinliklərindən danışdı

Dünya

05.05.2025 13:55

11

Rusiya prezidenti Vladimir Putin prezident vəzifəsinin mənfi tərəflərinin əsasən məişət çətinlikləri ilə bağlı olduğunu bildirib.

TodayPress xəbər verir ki, bu barədə o, “Rossiya. Kreml. Putin. 25 il” adlı sənədli filmdə danışıb. 

“Əlbəttə, bu vəzifənin mənfi tərəfləri var, xüsusilə də gündəlik həyat, yüklənmə, hətta bəzən həddən artıq yüklənmə. Yaxın insanlara vaxt ayırmaq çox çətindir. Amma bütün bunları kompensasiya edən şeylər də var” deyə Putin vurğulayıb.

O həmçinin qeyd edib ki, daim öz varisi barədə düşünür: 

“Sonda seçimi xalq edəcək. Xalqın etimadını qazanmamış heç kim bu posta gələ bilməz və bu prinsipial məsələdir”.

Qiymət Mahir

tag: Rusiya,Vladimir Putin,Sənədli film,Çətinlik,todaypress.az,