Putin Ərdoğanla danışdı
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
TodayPress xəbər verir ki, bu barədə Türkiyə prezidentinin administrasiyası məlumat yayıb.
Bildirilib ki, tərəflər ikitərəfli münasibətləri və Ukraynada nizamlanmanı müzakirə ediblər.
“Türkiyə Qara dənizin münaqişə zonasına çevrilməməsi üçün üzərinə düşəni edir” deyə Ərdoğan qeyd edib.
Türkiyə dövlət başçısı həmçinin bildirib ki, Ankara Ukrayna nizamlanmasına, o cümlədən öz ərazisində danışıqların təşkilinə istənilən dəstəyi verməyə hazırdır.
Aysel Mətləb
tag: Putin,Ərdoğan,Telefon,Danışıq,Todaypress.az,