Putin Ərəbistanda görüşə kimi göndərəcək?

Dünya

17.02.2025 17:30

2158

Rusiya xarici işlər naziri Sergey Lavrov və Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bu gün Vladimir Putinin tapşırığı ilə Ər-Riyada yollanıb.   

TodayPress xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.   

Onun sözlərinə görə, sabah Ər-Riyadda amerika nümayəndə heyəti ilə görüş gözlənilir: “Görüş Rusiya-ABŞ münasibətlərinin bütün kompleksinin bərpasına, həmçinin Ukrayna nizamlanması üzrə mümkün danışıqların hazırlanması və iki prezident arasında görüşün təşkilinə həsr olunacaq”.     

Qeyd edək ki, ABŞ-dən Ərəbistana gələn nümayəndə heyətinə Dövlət katibi Marko Rubio rəhbərlik edir.

Nicat Osman

tag: Putin,Lavrov,Uşakov,Rusiya,Todaypress.az,