Putin Hindistana səfər edəcək

Dünya

27.03.2025 12:16

1635

Rusiya prezidenti Vladimir Putinin Hindistana rəsmi səfərə hazırlaşır. 

TodayPress xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RİA”ya açıqlamasında deyib.

O, xatırladıb ki, Putin Hindistanın Baş naziri Narendra Modinin dəvətini qəbul edib.

Rusiya liderinin səfəri qarşılıqlı maraqlar fonunda keçiriləcək.

Qeyd edək ki, Putinlə Modi arasında son görüş 2024-cü ilin oktyabrında baş tutmuşdu. 

Qiymət Mahir

tag: Putin,Rusiya,Hindistan,Səfər,Todaypress.az,