Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif etdi
“Donald Tramp və ABŞ administrasiyası Moskva ilə Vaşinqton
arasında münasibətləri bərpa etmək üçün hər şeyi edir.”
TodayPress xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
Putin
deyib ki, o, Trampın Kursk vilayətində Ukrayna qoşunlarını əfv etmək çağırışı
ilə tanış olub.
Rusiya
prezidenti qeyd edib ki, ukraynalı hərbçilər Kursk vilayətində silahı yerə
qoysalar, onlara yaşamaq hüququ və layiqli rəftar təmin ediləcək.
Putin əlavə
edib ki, Kiyev Trampın çağırışını həyata keçirmək üçün Kursk vilayətindəki hərbçilərinə
təslim olmaq əmri verməlidir.
tag: Putin, Rusiya, Ukrayna,Təslim, Hərbiçi,todaypress.az,