Putin Lukaşenko ilə telefon danışığı apardı
Rusiya prezidenti Vladimir Putinlə belaruslu həmkarı Aleksandr Lukaşenko arasında telefon danışığı olub.
TodayPress xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
"Vladimir Putin Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığı aparıb. Dövlət başçıları iki dövlət arasında mövcud əməkdaşlıq məsələlərini müzakirə ediblər. Onlar həmçinin Rusiya və Belarus xüsusi xidmət orqanlarının terrorizmlə mübarizədə əməkdaşlığı mövzusuna da toxunublar" o bildirib.
Aynur TAC
tag: Putin, Rusiya, Belarus, Lukaşenko, Telefon,Danışıq, todaypress.az,