Putin: “Mənzilimdə ABŞ prezidenti də olub”
Rusiya prezidenti Vladimir Putin Kremlin ərazisində yerləşən mənzilini nümayiş etdirərkən ABŞ-nin sabiq prezidenti Bill Klintonun da həmin məkanda olduğunu bildirib.
TodayPress xəbər verir ki, bu kadrlar “Rossiya-1” telekanalında mayın 4-də yayımlanacaq sənədli filmdə yer alıb.
“Burada Klinton da olub” deyə Putin jurnalist Pavel Zarubinə mənzili göstərərkən deyib.
Sənədli filmdə Putin həmçinin 2023-cü ildə Çin Xalq Respublikasının sədri Si Cinpinlə keçirdiyi qeyri-rəsmi görüşdən də danışıb. Onun sözlərinə görə, liderlər Kremlin mənzilində oturub çay içərək söhbət ediblər.
Qiymət Mahir
tag: Putin,ABŞ,Rusiya,Mənzil,todaypress.az,