Putin: “Moskva və Vaşinqton arasındakı dialoqu pozmağa çalışırlar”
Rusiya prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinin (FSB) kollegiya iclasında çıxışı zamanı Moskva və Vaşinqton arasındakı dialoqun bəzi qüvvələri narahat etdiyini və onun pozulmasına cəhdlər edildiyini bildirib.
TodayPress xəbər verir ki, bu barədə “Komsomolskaya pravda” məlumat yayıb.
“Rusiya və ABŞ arasında dialoqun pozulmasına yönəlmiş cəhdlərə qarşı bütün diplomatik və xüsusi xidmət imkanlarından istifadə etmək lazımdır” deyə dövlət başçısı vurğulayıb.
Putin həmçinin qeyd edib ki, ABŞ-nin hazırkı rəhbərliyi daha praqmatik yanaşma sərgiləyir və stereotiplərdən uzaq duraraq reallığa əsaslanan siyasət yürüdür.
Qiymət Mahir
tag: Rusiya,Moskva,Vladimir Putin,ABŞ,todaypress.az,