Putin Qətər Əmiri ilə görüşəcək
Rusiya prezidenti Vladimir Putin aprelin 17-də Qətər Dövlətinin Əmiri şeyx Təmim bin Həməd Al Tani ilə danışıqlar aparacaq.
TodayPress xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüş Moskvada baş tutacaq.
Rusiya-Qətər əməkdaşlığının müxtəlif istiqamətlər üzrə cari məsələlərinin ticarət-iqtisadi və humanitar sferalarda, eləcə də beynəlxalq gündəlikdəki bir sıra əsas mövzuların müzakirəsi planlaşdırılır.
Türkan İsgəndərli
tag: Putin,Rusiya,Qətər,Əmir,Görüş,Todaypress.az,