Putin: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır
Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır.
TodayPress xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
Rusiya dövlət başçısının sözlərinə
görə, bunun üçün Qərb Zelenskiyə təzyiq göstərməlidir: "Kiyevin
sponsorları Zelenskini məcbur etməlidir ki, o, Moskva ilə danışıqların qadağan
edilməsi barədə qərarını ləğv eləsin. Çünki onun belə bir dekreti var”.
Putin əlavə edib ki, Ukrayna
özü-özünə Rusiya ilə dialoq aparmağı qadağan edib, belə olan halda isə
istənilən danışıqlar qeyri-legitim sayılır.
tag: Rusiya, Ukrayna, Putin, Moskva, Zelenski, Danışıq, todaypress.az,