Putin Şimali Koreyaya təşəkkür etdi
Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina və Koreya Xalq Demokratik Respublikasının (KXDR) xalqına Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində məğlub edilməsində verdikləri dəstəyə görə təşəkkür edib.
TodayPress xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında yayımlanan bəyanatda qeyd olunub.
Putin iki ölkə arasındakı dostluq münasibətlərinin “döyüş meydanında daha da möhkəmləndiyini” və gələcəkdə hərtərəfli inkişaf edəcəyinə inandığını bildirib.
Qiymət Mahir
tag: Rusiya,Vladimir Putin,Şimali Koreya,Kim Çen In,todaypress.az,