Putin Suriyanın yeni liderinə müraciət göndərdi

Dünya

20.03.2025 16:00

1698

Rusiya prezidenti Vladimir Putin Suriyanın yeni rəhbəri Əhməd əl-Şaraya mesaj göndərib.

TodayPress xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Rusiya prezidenti Vladimir Putin Suriya dövlətinin başçısı Əhməd əl-Şaraya mesaj göndərib. Bu mesajda o, ölkənin suverenliyinin təmin edilməsi maraqları naminə ölkədə vəziyyətin tez bir zamanda sabitləşdirilməsi səylərini dəstəkləyib” deyə o qeyd edib.

Kremlin sözçüsü vurğulayıb ki, Putin mesajında Rusiya-Suriya münasibətlərini gücləndirmək üçün Suriyanın yeni rəhbərliyi ilə əməkdaşlığa hazır olduğunu bildirib.

Aysel Mətləb

tag: Putin,Rusiya,Əhməd əl-Şara,Suriya,Müraciət,Todaypress.az,