Putin tanker donanmasında təftiş aparılmasına göstəriş verdi
Rusiya Prezidenti Vladimir Putin Baş
nazirin müavini Vitali Savelyevə tanker donanmasının texniki vəziyyətinin
təftiş edilməsini tapşırıb.
TodayPress Rusiya KİV-ə istinadən xəbər verir ki, o, bu
barədə hökumət üzvləri ilə görüşündə deyib.
Bundan əlavə, Rusiya Prezidenti Qara dənizdə tankerlərdə
texnogen qəzaların nəticələrinin aradan qaldırılması üzrə mövcud texniki,
texnoloji və elmi potensialın təftişinin aparılması barədə göstəriş verib.
“Aydındır ki, bu iş mürəkkəbdir, bir sıra qurumun fəaliyyətinə
təsir göstərir, ona görə də baş nazirin müavini vəzifəsindən bu işlə məşğul
olmaq sizin üçün, belə demək mümkünsə, “əlverişli” olacaq. Ona görə də sizdən
xahiş edirəm ki, bütün bunları təşkil edəsiniz, sonra isə onların hər biri
haqqında mənə ayrıca məlumat verəsiniz”, - Putin deyib.
tag: Putin, Vitali, Tanker, Gəmi, Rusiya, todaypress.az,