Putin Tokayevə zəng etdi

Dünya

17.04.2025 22:45

17

Rusiya prezidenti Vladimir Putin qazaxıstanlı həmkarı Kasım Jomart Tokayevə zəng edib.

TodayPress xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Onlar enerji sahəsində əməkdaşlığı müzakirə ediblər.

Rusiya prezidenti Rusiya-Amerika dialoqunun gedişatını da dəyərləndirib.

Bundan əlavə, həmsöhbətlər qarşıdan gələn Böyük Vətən Müharibəsində Qələbənin 80 illik yubileyinin əhəmiyyətini vurğulayıblar. Tokayev bu münasibətlə Moskvada keçiriləcək bayram tədbirlərində iştirak edəcəyini bildirib.

tag: Rusiya,Putin, Qazaxıstan, Tokayev, Telefon, Danışıq, todaypress.az,