Putin-Tramp arasındakı telefon danışığının təfərrüatları açıqlandı
"Rusiya prezidenti Vladimir Putinin amerikalı həmkarı Donald Trampla telefon danışığı onların şəxsi görüşü üçün atılmış bir addım idi".
TodayPress xəbər verir ki, siyasətçilər arasındakı dialoqun təfərrüatlarını Rusiya liderinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.
Peskovun sözlərinə görə, belə bir görüş düzgün və düşünülmüş formada hazırlanmalıdır.
“Biz əvvəlcə çətin texniki danışıqlar aparmalıyıq. Martın 24-də isə nümayəndələrimiz bu mürəkkəb prosesə başlamaq üçün Ər-Riyada səfər edəcəklər” deyə o əlavə edib.
Peskov həmçinin bildirib ki, Putinlə Tramp arasında son telefon danışığı ən uzun danışıqlardan biri olub. Bundan əlavə, o, prezidentlər arasında ikidən çox belə dialoqun olduğunu istisna etməyib.
Töhfə Səməd
tag: Rusiya,Vladimir Putin,Dmitri Peskov,Ər-Riyad,Donald Tramp,todaypress.az,