Putin Trampı Moskvaya dəvət etdi
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə
telefonla danışdığını deyib.
TodayPress xəbər verir ki, telefon danışığı bu səhər baş tutub.
Rusiya
prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Trampla telefon
danışığı apardığını təsdiqləyib.
Putin
Trampı Moskvaya dəvət edib.
Onun
sözlərinə görə, söhbət zamanı Rusiya – Ukrayna münaqişəsinin nizamlanması,
məhbusların mübadiləsi üzrə razılaşmalar, Moskva və Vaşinqton arasında
ikitərəfli əməkdaşlıq, Yaxın Şərqdəki vəziyyət, həmçinin İranın nüvə proqramı
müzakirə edilib.
“Bir
az əvvəl Prezident Putin ilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald
Tramp arasında telefon danışığı başa çatdı. Bu, çox uzun bir telefon söhbəti
idi, təxminən bir saat yarım davam etdi” o söyləyib.
tag: Tramp, Putin, Rusiya,Peskov, ABŞ, todaypress.az,