Putin Trampın xüsusi nümayəndəsi ilə görüşü 4 saatdan çox çəkdi- YENİLƏNDİ
Rusiya prezidenti Vladimir Putin ilə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında görüş başa çatıb
TodayPress xəbər verir ki, Putin və Uitkoff arasında gedən danışıqlar 4 saatdan çox davam edib.
Nümayəndə heyətləri görüşün keçirildiyi Prezident Kitabxanasının binasından ayrılıblar.
***
20:20
Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff arasında görüş başlayıb.
TodayPress Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd etmişdi ki, görüşün vaxtı məhdud deyil və o, nə qədər lazımdırsa, o qədər də davam edəcək.
tag: Sankt-Peterburq,Rusiya,Putin, ABŞ, Yaxın Şərq,Dmitri Peskov , todaypress.az,