Putin-Uitkoff görüşünün təfərrüatları açıqlandı

Dünya

26.04.2025 17:33

12

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə görüşündə Rusiya tərəfinin Ukrayna ilə ilkin şərt olmadan danışıqlara hazır olduğunu təsdiqləyib.

TodayPress xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov müvafiq sualı cavablandırarkən bildirib.

“Vladimir Putin Trampın nümayəndəsi Uitkoff ilə dünənki söhbəti zamanı təkrar edib ki, Rusiya tərəfi heç bir ilkin şərt olmadan Ukrayna ilə danışıqlar prosesini bərpa etməyə hazırdır” Kreml sözçüsü bildirib.

Peskov xatırladıb ki, Putin bu barədə artıq dəfələrlə danışıb.

Töhfə Səməd


tag: Putin,Uitkoff,Rusiya,ABŞ,Ukrayna,todaypress.az,