Putin Uitkoffu qəbul etdi

Dünya

25.04.2025 15:32

11

Rusiya prezidenti Vladimir Putin Kremldə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffu qəbul edir.

TodayPress xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə məlumat verib. 

Bu, Putinlə Uitkoff arasında son iki həftədə ikinci, ilin əvvəlindən isə dördüncü görüşdür. 

Sonuncusu aprelin 11-də Sankt-Peterburqda baş tutub və dörd saatdan çox davam edib. 

Bildirilib ki, Ukrayna tənzimləməsi gündəmdədir. Peskov izah edib ki, məsələ çox mürəkkəbdir, ona görə də söhbətlər kifayət qədər uzun olur.

Töhfə Səməd 

tag: Rusiya ,Vladimir Putin,Kreml,ABŞ ,Stiv Uitkoff,todaypress.az,