Putin Ukrayna ilə bağlı açıqlama verəcək
"Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə münaqişənin həlli mövzusunda çıxış edə bilər".
TodayPress xəbər verir ki, bu barədə onun mətbuat katibi Dmitri Peskov deyib.
Belə ki, martın 13-də Kremldə Putin və Belarus prezidenti Aleksandr Lukaşenko arasında birgə mətbuat konfransı keçiriləcək.
Onların iki ölkə arasında əlaqələrin inkişafının əsas məsələlərini, eləcə də beynəlxalq gündəlikdəki aktual mövzuları müzakirə etməyi planlaşdırdıqları bildirilir. Tərəflərin bir sıra birgə sənədlərin imzalanması da gözlənilir.
Qeyd edək ki, martın 11-də Səudiyyə Ərəbistanında ABŞ və Ukrayna nümayəndə heyətləri arasında münaqişə barədə danışıqlar baş tutub.
Türkan İsgəndərli
tag: Putin,Rusiya,Ukrayna,Açıqlama,Todaypress.az,