Putin Ukrayna ilə daimi sülh sazişinə açıqdır – ABŞ-dən AÇIQLAMA
“Biz, bəlkə də, bütün dünya üçün çox mühüm olacaq bir mərhələnin astanasındayıq”.
TodayPress xəbər verir ki, bunu ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff “Fox News”ə telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə müharibənin dayandırılmasından sonra “davamlı sülh sazişi” imzalamağa açıqdır. Uitkoff bildirib ki, bu istiqamətdə danışıqlar artıq aparılır.
Müsahibədə qeyd olunub ki, Putinin iki əsas müşaviri – Yuri Uşakov və Kirill Dmitriyev bu məqsədlə keçirilən önəmli görüşdə iştirak ediblər.
“Putinin istəyi buradakı vəziyyətin daimi sülhlə nəticələnməsidir. Sadəcə atəşkəs deyil, bu məsələ ilə bağlı konkret cavab aldıq” deyə Uitkoff bildirib.
O əlavə edib ki, bu nəticəyə gəlmək bir qədər vaxt alıb, lakin hazırda vəziyyət nikbinlik üçün əsas verir.
Qiymət Mahir
tag: ABŞ,Stiv Uitkoff, Rusiya,Ukrayna,todaypress.az,