Putin Ukraynada hərbi əməliyyatların dayandırılmasının şərtini açıqladı
Rusiya Ukraynada hərbi
əməliyyatların dayandırılması təklifi ilə razıdır, lakin bu, uzunmüddətli sülhə
gətirib çıxarmalıdır.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Prezidenti
Vladimir Putin bildirib.
“Biz hərbi əməliyyatların dayandırılması təklifləri ilə
razıyıq, lakin bu elə bir dayandırma olmalıdır ki, uzunmüddətli sülhə gətirib
çıxarsın və bu böhranın ilkin səbəblərini aradan qaldırsın” o,
Rusiya-Belarus yüksək səviyyəli danışıqların yekunlarına dair mətbuat
konfransında deyib.
Putin hesab edir ki, Ukraynada atəşkəs əldə olunması
ideyası düzgündür, amma müzakirə edilməli olan məsələlər də var.
Eyni zamanda Putin atəşkəs əldə olunarsa, Rusiya
qoşunlarının hər nöqtəsində hücuma keçdiyi 2 min km-lik döyüş xətti boyunca
vəziyyətin necə olacağına dair sual da verib.
tag: Rusiya, Ukrayna, Putin, Hərbi, Belarus,Atəşkəs, Sülh, todaypress.az,