Putin Ukraynada müvəqqəti idarəetmə təklif etdi

Dünya

28.03.2025 13:37

2818

Rusiya prezidenti Vladimir Putin Ukraynada demokratik seçkilərin keçirilməsi üçün BMT və bir sıra ölkələrin himayəsi altında müvəqqəti idarəetmənin yaradılması ideyasını irəli sürüb. 

TodayPress “İnterfaks”a istinadən xəbər verir ki, Putin bu təklifi martın 27-nə keçən gecə “Arkhangelsk” adlı atom sualtı kreyserinin dənizçiləri ilə görüşü zamanı səsləndirib.

“Əslində, BMT-nin, ABŞ-nin, Avropa ölkələrinin və, əlbəttə, bizim tərəfdaş və dostlarımızın iştirakı ilə Ukraynada müvəqqəti idarəetmənin yaradılması məsələsini müzakirə etmək olardı.

Məqsəd demokratik seçkilərin keçirilməsi, xalqın etimadını qazanan və fəaliyyət qabiliyyətli hökumətin formalaşdırılması və daha sonra onlarla sülh sazişi üzrə danışıqlara başlamaqdır” deyə Putin bildirib.

Rusiya prezidentinin sözlərinə görə, yalnız belə bir hökumətlə beynəlxalq ictimaiyyət tərəfindən tanınacaq və hüquqi qüvvəyə malik sənədlər imzalamaq mümkün olar.

Qiymət Mahir

tag: Rusiya,Putin,Ukrayna,Münaqişə,Todaypress.az,