Putin və Tramp arasında telefon danışığı baş tutacaq

Dünya

04.04.2025 12:45

2125

Avropa ölkələrində güman edilir ki, Rusiya prezidenti Vladimir Putinlə Amerika lideri Donald Tramp arasında yeni söhbət aprelin 4-də baş tuta bilər. 

TodayPress xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb. 

Bildirilib ki, Avropa tərəfi Putin və Trampın bu gün yenidən telefonla danışa biləcəyini gözləyirlər.   

Qeyd edək ki, bundan əvvəl Tramp bu həftə Putinə yenidən zəng etmək niyyətində olduğunu açıqlamışdı.

Töhfə Səməd

tag: ABŞ,Tramp,Rusiya,Putin,Todaypress.az,