Putin və Tramp danışıqları nə vaxt baş tutacaq?
"Rusiya prezidenti Vladimir Putin və Amerika lideri Donald Tramp arasında telefon danışığının vaxtı barədə hələlik razılığa gəlməyiblər".
TodayPress xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Mətbuat katibi bildirib ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiya Federasiyasında aparılan danışıqlar zamanı əldə etdiyi bütün məlumatları dövlət başçısına çatdırmalıdır.
Yalnız bundan sonra Moskva və Vaşinqton növbəti addımları barədə düşünəcək.
Qeyd edək ki, martın 11-də Səudiyyə Ərəbistanında ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparılıb.
Görüşdən sonra Kiyev Vaşinqtonun 30 günlük atəşkəs rejiminin tətbiqi ilə bağlı təklifini qəbul etməyə hazır olduğunu bəyan edib.
Türkan İsgəndərli
tag: ABŞ,Tramp,Rusiya,Putin,Todaypress.az,