Putin və Tramp görüşə hazırlıq üçün göstəriş verdi
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı görüşə hazırlıqlara dərhal başlanması barədə razılığa gəliblər.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib ki, dövlət başçıları əlaqəni davam etdirmək və ayrıca görüş keçirmək niyyətindədirlər.
“Onlar razılaşdılar ki, müvafiq köməkçilərə dərhal göstərişlər verilsin və hazırlıq işlərinə başlanılsın” Peskov vurğulayıb.
Qiymət Mahir
tag: Rusiya ,Vladimir Putin,ABŞ ,Donald Tramp,Dmitri Peskov,todaypress.az,