Putin Volqoqrada səfər etdi

Dünya

29.04.2025 17:00

9

Rusiya prezidenti Vladimir Putin Volqoqrad şəhərində səfərdədir. 

TodayPress xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb.

Bildirilib ki, Putin “Böyük irs – ümumi gələcək” forumunda iştirak edəcək və Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşəcək. Lukaşenko artıq Volqoqrada çatıb və liderlərin ikitərəfli əməkdaşlığın inkişafı, regional vəziyyət və beynəlxalq gündəmlə bağlı məsələləri müzakirə edəcəyi gözlənilir.

Qiymət Mahir

tag: Vladimir Putin,Rusiya,Volqoqrad,Səfər,Aleksandr Lukaşenko,todaypress.az,