Putinin nümayəndəsi ABŞ-yə gedir
Rusiya Prezidenti Vladimir Putinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev bu həftə Vaşinqtona səfər edəcək.
TodayPress xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Məlumata görə, Dmitriyev səfəri zamanı ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla görüşəcək.
Bildirilir ki, Rusiya Amerika ilə münasibətləri qorumağa çalışır.
Buna səbəb ABŞ-nin Rusiyanı sanksiyalarla təhdid etməsidir.
Türkan İsgəndərli
tag: ABŞ,Rusiya,Vaşinqton,Səfər,Todaypress.az,