Putinlə Suriyanın yeni lideri arasında telefon danışığı oldu
Rusiya Prezidenti Vladimir Putinlə Suriyanın keçid dövrünün başçısı Əhməd əş-Şəraa arasında telefon danışığı baş tutub.
Bu barədə TodayPress Kremlin mətbuat xidmətinə istinadən xəbər verir.
Tərəflər Suriyadakı vəziyyəti, ölkə daxilində dialoq məsələsini, vəziyyətin normallaşdırılmasını və humanitar yardımı müzakirə ediblər. Xüsusilə Rusiya nümayəndələrinin Dəməşqdə apardığı son danışıqlar kontekstində ticarət-iqtisadi və təhsil əməkdaşlığı mövzularına da toxunulub.
Tərəflər
ikitərəfli münasibətlərin inkişafı üçün qarşılıqlı əlaqələrin davam etdirilməsi
ilə bağlı razılığa gəliblər.
tag: Putin, Rusiya, Suriya,Əhməd Əş- Şəraa, Telefon, Danışıq, todaypress.az,