Putinlə Tramp arasında telefon danışığı oldu
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında telefon danışığı olub.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə məlumat verib.
"Bu, çox uzun telefon danışığı idi, demək olar ki, bir saat yarım davam etdi”, - deyə Peskov vurğulayıb.
Tramp son
həftələrdə Rusiya Prezidenti ilə danışıq planlarını dəfələrlə bəyan edib.
Amerika lideri Ukraynadakı münaqişəyə böyük diqqət yetirib və onun sona
çatmasına kömək etmək istəyini bildirib.
tag: Rusiya, Putin, ABŞ, Tramp, Telefon Danışığı, Peskov, todaypress.az,