Qanunsuz miqrantlar hərbi bazalara yerləşdiriləcək

Dünya

22.02.2025 12:17

2677

ABŞ prezidenti Donald Tramp administrasiyası qanunsuz miqrantın ölkə daxilindəki hərbi obyektlərdə yerləşdirilməsini planlaşdırır. 

TodayPress xəbər verir ki, bu barədə “New York Times“ məlumat yayıb.

Məlumata görə, ilk olaraq Texasdakı “Fort Bliss” hərbi bazasından başlanılacaq. 

Bazada yaradılan deportasiya mərkəzi 10 minə qədər qeyri-qanuni immiqrantı qəbul edə biləcək.

Nicat Osman

tag: ABŞ,Qanunsuz Miqrant,Hərbi Baza,Deportasiya,Todaypress.az,