Qaqauziyanın rəhbəri məhkəməyə çıxarıldı

Dünya

28.03.2025 12:15

2413

Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul Kişinyovdakı Çekani sektorunun məhkəməsinə aparılıb. 

TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.   

Bildirilib ki, məhkəmədə Qutsulun 30 sutkalıq həbsi məsələsi həll olunacaq.   

Məhkəmə iclası bağlı qapılar arxasında keçiriləcək. 

Qeyd edək ki, Yevgeniya Qutsul martın 25-də axşam saatlarında Kişinyov hava limanında Moldovanı tərk etməyə cəhd edərkən saxlanılıb.

Siyasətçinin pasportu götürülüb, onun üzərində tam axtarış aparılıb və ölkədən kənara uçmasına icazə verilməyib.

O, Qutsul seçki fondlarının saxta idarə edilməsində, qanunsuz maliyyələşmədə və bəyannamələrin saxtalaşdırılmasında şübhəli bilinir. Qutsul, ittihamları inkar edir. 

Töhfə Səməd

tag: Qutsul ,Qaqauziya,Liman,Siyasət,Todaypress.az,