Qara dəliklər necə enerji yaradır? - TƏDQİQAT

Dünya

27.02.2025 10:14

2436

Beynəlxalq alimlər qrupu kompüter simulyasiyalarından istifadə edərək qara dəliklərin ətrafındakı maqnit axınlarını modelləşdirib. Bu tədqiqat onların qalaktika formalaşmasında oynadığı rola yeni işıq salıb. 

TodayPress xəbər verir ki, nəticələr “The Astrophysical Journal (AstroJournal)”da dərc edilib. 

Qara dəliklər necə enerji yaradır? 

Qara dəliklər adətən maddəni udmaları ilə tanınsalar da, eyni zamanda nəhəng enerji partlayışları da yayırlar. Bu proses onların ətrafında dövr edən qaz və toz buludlarından, akkresiya disklərindən qaynaqlanır. 

Bu disklər yüksək maqnitlənmiş olduqda, qara dəliyin fırlanma enerjisini çıxara bilir və bu da güclü plazma axınlarının, qütblərdən püskürən jetlərin əmələ gəlməsinə səbəb olur. Lakin alimlər uzun müddətdir ki, jetlərə nə qədər enerji yönləndirildiyini və nə qədərinin istilik, işıq kimi yayıldığını dəqiq müəyyənləşdirməkdə çətinlik çəkirdilər. 

Yeni modellər nəyi üzə çıxardı? 

Tədqiqatçılar maqnit sahələrinin fərqli sürətlə fırlanan qara dəliklərlə qarşılıqlı təsirini araşdırıblar. Aşağı fırlanma sürətində enerjinin cəmi 10%-i jetlərə yönləndirilir, yüksək fırlanma sürətində bu göstərici 70%-ə qədər artır.  Yəni qara dəlik nə qədər sürətlə fırlanırsa, bir o qədər çox enerji yayır.“Tullanaraq içəri düşən qaz qara dəliyin fırlanma enerjisini çıxarıb onu ya işığa, ya da plazma axınlarına yönləndirə bilər” deyə araşdırmanın həmmüəllifi, professor Ceyson Dekster izah edir. 

Alimlər növbəti addımda nə edəcək? 

Tədqiqatçılar gələcək simulyasiyalarda qara dəliyin ətrafındakı isti qaz buludunun, X şüaları yayan koronanın necə əmələ gəldiyini araşdırmağı planlaşdırırlar. Bu araşdırma qara dəliklərin kainatın ən parlaq işıq mənbələrindən birinə çevrilməsinin mexanizmini daha dərindən anlamağa kömək edəcək. 

Qiymət Mahir

tag: Qara dəlik,Alim,Araşdırma,Kompüter,Todaypress.az,