Qazaxıstan Aİ ilə əməkdaşlığı genişləndirir

Dünya

04.04.2025 16:55

2560

Mərkəzi Asiya-Avropa İttifaqı sammitində Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.   

TodayPress xəbər verir ki, bu barədə ölkə hökumətinin saytı məlumat yayıb. 

Tokayev bildirib ki, Qazaxıstan balanslaşdırılmış xarici siyasətə sadiqdir, bütün maraqlı dövlətlər və əsas təşkilatlarla, o cümlədən Aİ ilə əməkdaşlığı genişləndirmək niyyətindədir. 

O, həmçinin əlavə edib ki, Avropa İttifaqı Qazaxıstan üçün iqtisadiyyat, elm və təhsil sahələrində həmişə mühüm tərəfdaş olub. 

Türkan İsgəndərli

tag: Qazaxıstan,Avropa İttifaqı,Əməkdaşlıq,Güclənmə,Todaypress.az,