Qazaxıstan bankları qeyri-rezidentlərə ödəniş kartlarının verilməsini bərpa edir
Qazaxıstanın üç bankı - “Halyk Bank”, “Kaspi Bank” və “VTB Bank ASC”nin törəmə müəssisəsi qeyri-rezidentlərə ödəniş kartlarının emissiyasını bərpa edib.
TodayPress xəbər verir ki, bu barədə “VTB Bank” öz saytında məlumat yayıb.
“Yaşayış icazəniz varsa, kartı bank filialında açmaq olar” deyə “Halyk Bank” aydınlıq gətirib.
“Kaspi Bank” da eyni şərtlərlə qeyri-rezidentlər üçün ödəniş kartı açır.
“ “Kaspi Gold”u Avrasiya İqtisadi İttifaqı ölkələrinin vətəndaşları, eləcə də Qazaxıstanda yaşamaq icazəsi olan xaricilər ala bilər” deyə bankdan bildirilib.
Həmçinin “VTB” ölkənin qeyri-rezidentlərinə “Mir” kartlarının verilməsini bərpa edib.
"Bank öz sistemlərini tam şəkildə konfiqurasiya edib və respublika qanunvericiliyinin yeni tələblərinə uyğun işləməyə hazırdır. Kartların etibarlılıq müddəti 12 ay olacaq. Eyni zamanda, diplomatik işçilər və qeyri-rezident investorlar üçün kartların etibarlılıq müddəti 3 ilə qədər uzadıla bilər" deyə “VTB Bank ASC”nin törəmə qurumunun saytında qeyd edilib.
Aysel Mətləb
tag: Qazaxıstan,Bank,Kart,Aİİ,todaypress.az,