Qazaxıstan qeyri-qanuni benzin ixracı aşkarlandı

Dünya

28.02.2025 14:05

2443

Qazaxıstanın Maliyyə Monitorinqi Agentliyi, AI-92 markalı benzini Qırğızıstana qeyri-qanuni ixrac edən cinayətkar qrupun fəaliyyətini dayandırıb.   

TodayPress xəbər verir ki, bu barədə agentliyin mətbuat xidməti məlumat yayıb.     

Bildirilib ki, şübhəlilər benzini solvent və distillə adı altında alıb, saxta sənədlərlə ölkədən çıxarıblar.   

Hesablamalara görə, 2023-2024-cü illərdə, "Kara May" mini neftayırma zavodundan Qırğızıstana 102 min ton yanacaq və sürtkü materialları ixrac olunub.

İxracın ümumi həcmi 31 milyon dolları keçib. 

Nicat Osman

tag: Qazaxıstan,Qırğızıstan,Qeyri-Qanuni,Neft,Dollar,Todaypress.az,