Qazaxıstan super kompüter üçün 50 milyon dollar yatırım edəcək
Qazaxıstan özünün yeni super kompüterinin yaradılmasına 50 milyon ABŞ dolları yatırım edəcək.
TodayPress xəbər verir ki, bu barədə “Kazinform” agentliyi məlumat yayıb.
Məlumata görə, üç ay ərzində ölkəyə “Nvidia” şirkətinin 64 klaster super kompüterləri gətiriləcək.
“Çiplərin ilk partiyası artıq çatdırılıb. Gələcəkdə yeni “Nvidia H200” çiplərinin alınması planlaşdırılıb” deyə qeyd edilib.
Super kompüter təhlükəsizliyin bütün tələblərinə cavab verən yeni Məlumatların Emalı Mərkəzinin bazasında quraşdırılacaq.
tag: Qazaxıstan,Superkomputer,Yatırım,NVİDİA,Todaypress.az,