Qazaxıstan USAID-in ölkədəki fəaliyyətini yoxlayacaq

Dünya

17.03.2025 19:50

2578

Qazaxıstan Xarici İşlər Nazirliyi Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) ölkədəki fəaliyyətini yoxlayacaq.

TodayPress xəbər verir ki, bu barədə "RTVI" məlumat yayıb.

Bildirilir ki, USAID tərəfindən maliyyələşdirilən layihə və proqramlarının yoxlanılması üçün dövlət qurumlarının iştirakı ilə işçi qrup yaradılıb. 

Hakimiyyət həmçinin mümkün ört-basdır sxemlərini, vəsaitlərin istifadəsində uyğunsuzluqları və maraqların toqquşmasını müəyyən etməyi planlaşdırır.

Sorğu beş qazaxıstanlı deputat tərəfindən irəli sürülüb. Onlar Nazirlər Kabinetinə müraciət edərək, xarici sponsorların ayırdığı vəsaitlə bağlı bütün hesabatların yoxlanılaraq dərc edilməsi tələbi ilə müraciət ediblər.

Qeyd edək ki, USAID 2023-2024-cü illərdə Qazaxıstanda həyata keçirilən proqramlara 26,5 milyon dollar ayırıb.

Türkan İsgəndərli

tag: Qazaxıstan,USAID,Dünya,Agentlik,todaypress.az,