Qazaxıstanda Atom Enerjisi Agentliyi yaradıldı
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədə Atom Enerjisi Agentliyini yaradan dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.
TodayPress xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, prezidentin sərəncamı ilə energetika naziri Əlmasadam Sətkəliyev tutduğu vəzifədən azad edilərək yeni quruma sədr təyin edilib.
Yeni struktur birbaşa dövlət başçısına tabe olacaq və ona Energetika Nazirliyinin funksiyaları həvalə olunacaq.
Qeyd edək ki, stansiyanın Almatı vilayətində tikilməsi planlaşdırılır.
Türkan İsgəndərli
tag: Qazaxıstan,Atom,Enerji,Stansiya,Todaypress.az,