Qazaxıstanda güclü zəlzələ

Dünya

28.03.2025 14:27

1410

Qazaxıstanın mərkəzi hissəsində güclü zəlzələ qeydə alınıb.   

TodayPress xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat verilib.   

Bildirilib ki, seysmoloji hadisə 5,2 bal gücündə olub.   

Yeraltı təkanlar yerli vaxtla saat 03:42-də başlayıb. Zəlzələnin episentri təxminən 16 min nəfər əhalisi olan Cambil vilayətinin Merke kəndindən 23 kilometr cənub-qərbdə yerləşib.   

Aysel Mətləb

tag: Qazaxıstan, Zəlzələ,Episentr,Əhali,Todaypress.az,