Qazaxıstanda ilin əvvəlindən baş verən yanğınlarda 52 nəfərin həlak olduğu açıqlandı

Dünya

17.03.2025 23:10

2800

2025-ci ilin əvvəlindən Qazaxıstanın yaşayış sektorunda 1138 yanğın baş verib, 313 nəfər xilas edilib.

 

TodayPress  xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidməti Komitəsinin sədri vəzifəsini icra edən Erlan Turegeldiyev bildirib.

 

Onun sözlərinə görə, onlardan 6-sı uşaq olmaqla 52 nəfər həlak olub. Daha 50 nəfər, o cümlədən 8 uşaq xəsarət alıb.

 

Qazaxıstan Fövqəladə Hallar Nazirliyi vətəndaşları istilik mövsümündə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.

tag: Qazaxıstan, FHN, Yanğın, Ölüm, todaypress.az,