Qazaxıstanda rusiyalı qadın qar uçqununda öldü

Dünya

17.03.2025 17:40

1459

Qazaxıstanın Almatı şəhəri yaxınlığında yerləşən ŞımBulaq xizək kurortu ərazisində qar uçqunu nəticəsində Rusiyadan olan bir qadın həlak olub.

TodayPress xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Nazirlikdən bildirilib ki, xizəkçilər təhlükəsizlik qaydalarını pozaraq qadağan olunmuş ərazidə sürüşüblər.

Məhz bu səbəbdən qar uçqunu baş verib.  Hadisə martın 17-də Sol Talqar ərazisində, 3160 metr yüksəklikdə qeydə alınıb.

Uçqunun həcmi təxminən 50 kubmetr olub. Qazaxıstan FHN-dən verilən məlumata görə, sərbəst sürüşmə ilə məşğul olan idmançılar təhlükə barədə xəbərdarlıqlara məhəl qoymayaraq uçquna səbəb olublar.

Hadisədən sonra xilasedicilər qar altında qalan qadının cəsədini çıxarıblar. Onun Rusiya vətəndaşı olduğu müəyyən edilib. 

Qiymət Mahir

tag: Rusiyalı,Qadın,Qar Uçqunu,Ölüm,Todaypress.az,