Qazaxıstandı zəlzələyə görə binalara ziyan dəydi
Martın 28-də iki zəlzələnin (5,5 və 5,7
bal) baş verdiyi Qazaxıstanın Cambıl vilayətində 11 sosial obyektdə və 12 fərdi
evdə dağıntılar müəyyən edib.
TodayPress xəbər verir ki, bu barədə regional
fövqəladə hallar idarəsindən məlumat verilib.
Belə ki, Merkenski rayonu və Turar Rıskulov rayonlarında
binalara ziyan dəyib.
“Komissiya işini davam etdirir. Tələfat və xəsarət alan
yoxdur. Cambıl vilayətinin fövqəladə hallar idarəsinin, eləcə də mülki müdafiə
xidmətlərinin qüvvə və vasitələri mümkün fəsadlara cavab verməyə tam hazırdır” məlumatda deyilir.
Həmçinin bir sıra KİV və sosial şəbəkələrdə yalan
məlumatların yayıldığı vurğulanıb.
Qeyd edək ki, Qazaxıstanın baş naziri Oljas Bektenovun
tapşırığı ilə hadisə yerinə hökumətin işçi qrupu göndərilib. Qazaxıstan
Prezidenti Kasım-Jomart Tokayev hökumətə zəlzələ nəticəsində zərər çəkmiş
sosial və yaşayış obyektlərinin təmiri və bərpasına kömək göstərməyi tapşırıb.
tag: Zəlzələ, Qazaxıstan, Bina, Zərər, Cambıl, todaypress.az,