Qazaxıstanın Almaniyaya neft nəqli 21% azaldı

Dünya

07.03.2025 14:46

2865

Qazaxıstanın Almaniyaya “Drujba” neft kəməri vasitəsilə nəql etdiyi neftin həcmi 2025-ci ilin fevral ayında 100 min ton təşkil edib ki, bu da yanvar ayı ilə müqayisədə 21% azdır. 

TodayPress xəbər verir ki, bu barədə “KazTransOil” (KTO) milli şirkəti məlumat yayıb.

“2025-ci ilin fevral ayında “Transneft” şirkətinin əsas neft kəmərləri vasitəsilə Almaniyaya çatdırılmaq üçün “Adamova Zastava” qəbul məntəqəsinə yönləndirilən Qazaxıstan neftinin həcmi 100 min ton olub” deyə məlumatda bildirib.

Xatırladaq ki, 2025-ci ilin yanvar ayında Almaniyaya nəql edilən Qazaxıstan neftinin həcmi 127 min ton təşkil etmişdi. 

Qiymət Mahir

tag: Qazaxıstan,Almaniya,Neft,İxrac,Azalma,Todaypress.az,