Qazaxıstanın qərbində dron düşdü
Qərbi Qazaxıstan vilayətində pilotsuz uçuş
aparatına bənzər əşya aşkar edilib.
TodayPress xəbər verir ki, bu barədə “Кazinform”
agentliyi regional polis departamentinə istinadən məlumat yayıb.
“Qərbi Qazaxıstan vilayətinin Polis Departamenti
səlahiyyətli xidmətlərlə birlikdə Taskalı rayonunda xarici görünüşünə görə
pilotsuz uçuş aparatına bənzər əşyanın aşkar edilməsi faktı ilə bağlı yoxlama
tədbirləri həyata keçirir. Obyekt yaşayış məntəqələrindən uzaq, ucqar ərazidə
düşüb və bütöv vəziyyətdə, görünən zədələr olmadan tapılıb” məlumatda deyilir.
Qurum hadisənin bütün hallarını araşdırır.
Fevralda eyni bölgədə pilotsuz uçuş aparatına bənzər
obyekt aşkar edilmişdi. Onu Uyalı qəsəbəsində yerli sakinlər tapmışdılar. Bölgə
polisi o zaman da hadisə ilə bağlı araşdırmaya başlamışdı.
tag: Qazaxıstan, Dron, Uçuş, Polis, Pilotsuz, todaypress.az,