Qərb: ABŞ-nin bir qərarı ilə Rusiya qalib gələ bilər
“ABŞ Ukraynaya hərbi yardımı dayandırsa, bu, Rusiyanın qələbəsi olacaq”.
TodayPress xəbər verir ki, bunu Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Avropa, Rusiya və Avrasiya proqramının direktoru Maks Berqman deyib.
“Vaşinqton Kiyevə silah tədarükünü dayandırsa, bu, Rusiyanın böyük qələbəsi olardı” deyə o, bildirib.
Ekspert hesab edir ki, Amerika lideri Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə razılığa gəlmək üçün güzəştə gedə bilər.
Xatırladaq ki, Putin və Tramp arasında martın 18-də ikinci rəsmi telefon danışığı baş tutub.
Moskva və Vaşinqton danışıqları məhsuldar qiymətləndirib.
İki lider Ukrayna nizamlanması və qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq haqqında danışıblar.
Aysel Mətləb
tag: ABŞ,Rusiya,Ukrayna,Münaqişə,Yardım,Todaypress.az,