Qərb Rusiyaya qarşı sanksiyaları ləğv edir?
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun təklif etdiyi Ukrayna münaqişəsinin həlli planı Rusiyaya qarşı sanksiyaların ləğvini nəzərdə tutur.
TodayPress xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
“2014-cü ildən münaqişə nəticəsində Rusiyaya qarşı tətbiq edilən sanksiyalar aradan qaldırılacaq” nəşr yazır.
Agentliyin məlumatına görə, Ukrayna və Avropa öz cavab sənədində atəşkəs əldə edildikdən sonra Rusiyaya qarşı sanksiyaların mərhələli şəkildə aradan qaldırılmasını təklif ediblər.
Agentlik həmçinin bildirib ki, ABŞ-nin nizamlanma təklifi Xarkov vilayətindəki ərazilərin Kiyevə qaytarılmasını nəzərdə tutur.
Töhfə Səməd
tag: ABŞ ,Stiv Uitkoff,Ukrayna ,Rusiya,Sanksiya,todaypress.az,