Qətər Fransaya investisiya yatırmayacaq
Qətər hakimiyyəti Fransanın “PSJ” futbol klubunun prezidenti Nasser əl-Xəlayfi ilə bağlı istintaqı “cadugər ovu” hesab edir və Fransaya investisiyaları azaltmağı planlaşdırır. TodayPress xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Fevralın 13-də Nasir əl-Xəlayfi vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunub.
O, 2018-ci ildə fondun səhmlərinin sahibi olduğu “Lagardere” qrupunun idarə edilməsi ilə bağlı daxili mübahisədə Qətər İnvestisiya Fondunu (QIA) mövqeyini dəyişməyə məcbur etmək üçün təsir imkanlarından istifadə etmək cəhdində iştirak etməkdə ittiham edilib. Qeyd edək ki, Fransanın xarici ticarətinə cavabdeh olan nazir nümayəndəsi Loran Sen-Marten nəşrin mənbəsinin sözlərini təkzib edərək, Dohanın ölkə iqtisadiyyatına daha 10 milyard avro sərmayə yatırmaq vədini xatırladıb: "Qətərin elan etdiyi son sərmayələr artıq həyata keçirilir və yeni layihələrlə bağlı müzakirələr aparılır".
Nicat Osman
tag: PSJ,Qətər,Fransa,İnvestisiya,Todaypress.az,