Qətər kral ailəsindən Trampa gözlənilməz hədiyyə

Dünya

12.05.2025 19:20

11

ABŞ prezidenti Donald Tramp yaxın zamanda Qətər kral ailəsindən 400 milyon dollar dəyərində lüks təyyarə hədiyyə ala bilər. 

TodayPress xəbər verir ki, bu barədə “Semafor” xəbər saytı məlumat yayıb və təyyarənin interyerinə dair fotolar dərc edib. 

Hədiyyə olunacaq təyyarə “uçan saray” kimi tanınan “Boeing 747-8”modelidir. Məlumata görə, bu təyyarə əvvəllər Qətər kral ailəsinə məxsus olub və Trampa bağışlanmaq üçün nəzərdə tutulub. 

Təyyarənin yuxarı göyərtəsində geniş istirahət salonu, əsas, qonaq və yataq otaqları, plazma televizorlu oturma sahəsi, şəxsi ofis, 2 vanna otağı və mətbəx yer alır.  

Aysel Mətləb

tag: ABŞ,Donald Tramp,Qətər,Kral ailəsi,todaypress.az,

photo